featured-image-16179

Azərbaycan Basketbol Liqasında (ABL) 4-cü tura start verilib.

Msport.az xəbər verir ki, turun açılış oyununda NTD “AAAF Xırdalan”a 99:97 hesabı ilə qalib gəlib.

Digər görüşdə isə “Neftçi” “Olimpik Şəki”yə uduzub – 73:76.

Hər iki qarşılaşma “Sərhədçi” İdman Mərkəzinin idman zalında gerçəkləşib.

Hazırda turnir cədvəlinə 8 xalla NTD başçılıq edir. 6 xalı olan “Gəncə” 2-cidir. 5 xala malik 3 komanda – “Sabah”, “Neftçi” və “Xırdalan” 3-5-ci yerləri bölüşdürür. 4 xalı olan “Sərhədçi” və “Olimpik” müvafiq olaraq, 6 və 7-ci pillələrdə qərarlaşıb. “Zirvə” isə 3 xalla sonuncudur.

Bənzər xəbərlər