featured-image-16996

Azərbaycan Basketbol Liqasında 5-ci tura yekun vurulub.

Msport.az xəbər verir ki, turun son oyununda “Sərhədçi PİK” və “AAAF Xırdalan BK” komandaları üz-üzə gəliblər.

Son topa qədər davam edən gərgin mübarizənin sonunda Xırdalan basketbolçuları 83:82 hesablı qələbə qazanıblar.

Qarşılaşmanın ən məhsuldar basketbolçuları “Sərhədçi”dən Brendon Miller (24 xal, 11 ribaund) və “AAAF Xırdalan”dan Endryu Korum (26 xal, 17 ribaund) olub.

6-cı turun oyunları noyabrın 16-sı, 19-u və 20-də keçiriləcək.

Bənzər xəbərlər