featured-image-15496

Bu gün “Sərhədçi” İdman Mərkəzinin idman zalında keçirilən iki qarşılaşma ilə Azərbaycan Basketbol Liqasının (ABL) 2-ci turuna yekun vurulub.

Msport.az xəbər verir ki, günün ilk görüşündə “AAAF Xırdalan” komandası “Sabah” basketbolçuları ilə qarşılaşıb.

Oyun xırdalanlıların rəqibi üzərində 79:73 hesablı qələbəsi ilə yekunlaşıb. Qarşılaşmanın ən məhsuldar basketbolçuları “AAAF Xırdalan”dan Deymon Makdouel (24 xal, 6 ribaund), “Sabah”dan isə Kristiyan Roller (17xal, 12 ribaund) olublar.

Turun sonuncu oyunu region komandası “Olimpik Şəki” və ilk turda qələbə qazanmış NTD basketbolçuları arasında keçirilib. NTD basketbolçuları matçdan 98:74 hesablı qələbə ilə ayrılıblar.

Görüşün ən məhsuldar basketbolçuları “Olimpik Şəki”dən Ceyson Brauer (22 xal, 9 ribaund), NTD-dən isə Stenford Vilyam (28 xal, 6 asist) olub.

Xatırladaq ki, 3-cü turun oyunları 26 və 29 oktyabrda keçiriləcək.

Bənzər xəbərlər