featured-image-84473

“İnter”in prezidenti Cüzeppe Marotta keçmiş futbolçusu Mauro İkardinin komandaya mümkün qayıdışı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Msport.az xəbər verir ki, klub rəhbəri argentinalı hücumçunun transferinin gündəmdə olmadığını açıqlayıb.

Marotta Çempionlar Liqasında “Feyenoord”la qarşılaşmadan əvvəl transfer planlarından danışıb: “İkardi özünü bizə təklif etməyib. Onun klubumuza böyük xidmətləri olub, lakin hazırda planlarımıza daxil deyil. Beşinci hücumçunun alınmasını da düşünmürük. Dörd hücumçumuz var və onlardan üçünün eyni vaxtda sıradan çıxması sadəcə uğursuz təsadüfdür”.

Bənzər xəbərlər