“Barselona” “Arsenal”ın müdafiəçisini istəyir
“Barselona” qış transfer pəncərəsində müdafiə xəttini gücləndirmək üçün “Arsenal”ın ekvadorlu futbolçusu Pyero İnkapyeni əsas namizədlərdən biri kimi nəzərdən keçirir.
Msport.az xəbər verir ki, Kataloniya klubunun idman direktoru Deko 24 yaşlı müdafiəçinin nümayəndələri ilə ilkin əlaqə saxlayıb.
“Bayer”dən London klubuna keçən İnkapye cari mövsüm zədələr və müdafiə xəttindəki rəqabət səbəbindən Mikel Artetanın komandasında kifayət qədər oyun vaxtı qazana bilmir. Ekvadorlu futbolçunun həm mərkəz müdafiəçisi, həm də sol cinah müdafiəçisi kimi çıxış edə bilməsi “Barselona”nın baş məşqçisi Hans-Diter Flikin diqqətini çəkib.
Deko artıq futbolçunun mümkün transferə münasibətini və qış transfer pəncərəsində keçidin həyata keçirilməsi imkanlarını öyrənməyə çalışır.







