featured-image-38135

Almaniyanın “Bavariya” klubunun və Fransa millisinin futbolçusu Dayot Upamekanonu zədələnib.

Msport.az xəbər verir ki, onun sol budunda kiçik əzələ gərginliyi aşkarlanıb.

24 yaşlı müdafiəçi təxminən 2-3 həftə yaşıl meydanlardan kənarda qalacaq. O, Bundesliqanın VII turunda “Frayburq”a 3:0 hesabı ilə qalib gəldikləri görüşdə sıradan çıxıb.

Qeyd edək ki, Upamekanonun yerinə Fransa yığmasına Aksel Disasi dəvət alıb.

Bənzər xəbərlər