featured-image-38404

Almaniyanın “Bavariya” klubu futbolçusu Erik Şupo-Motinq ilə yollarını ayıra bilər.

Msport.az “Kicker” nəşrinə istinadən xəbər verir ki, 34 yaşlı hücumçu az forma şansı əldə etdiyi üçün narazıdır.

Onun qış transfer dönəmində komandanı tərk edəcəyi gözlənilir.

İngiltərəli Harri Keyn Münhen təmsilçisində əsas forvarda çevrilib. Onu isə 18 yaşlı Matis Tel əvəzləyir.

Qeyd edək ki, Erik Şupo-Motinq 2020-ci ildə azad agent kimi “Bavariya”ya keçib.

Bənzər xəbərlər