“Bavariya” Noyerdən razıdır
“Bavariya”nın idman direktoru Maks Eberli qapıçı Manuel Noyerin gələcəyi ilə bağlı sualı cavablandırıb.
Msport.az xəbər verir ki, klub rəsmisi məsələ ilə bağlı bunları deyib:
“Noyer tezliklə 40 yaşına çatacaq, lakin o, dünya səviyyəli çıxışını davam etdirir. Mövsümün sonunda onunla oturub danışacaq və hər şeyi həll edəcəyik. Hələ ki sakitikdir. Aprel və ya may aylarında münasibətlərə yenidən nəzər salacağıq. O, hazırda inanılmaz dərəcədə yaxşı oynayır”.
Qeyd edək ki, Noyer bu mövsüm Almaniya Bundesliqasında 15 oyuna çıxıb və bunların beşində qapısını toxunulmaz saxlayıb.







