“Bayern”də yeni müqavilə
Almaniyanın “Bayern” klubu idman direktoru Hasan Salihamiciçlə müqavilənin müddətini uzadıb.
Msport.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb.
45 yaşlı Salihamiciçlə yeni müqavilə 30 iyun 2026-cı ilə qədər hesablanıb.
“Bayern”in keçmiş futbolçusu 2017-ci ilin avqustundan bu vəzifədə çalışır.