featured-image-25166

“Bayern Münhen”in futbolçusu Paul Vanner Avstriya millisində oynamaqdan imtina edib.

Msport.az xəbər verir ki, milli komandanın baş məşqçisi Ralf Ranqnik 17 yaşlı yarımmüdafiəçini qarşıdakı oyunlara çağırsa da, istəyinə nail ola bilməyib.

Bunun səbəbi gənc oyunçunun Almaniya seçməsində çıxış etmək istəməsidir. Almaniyanın U-21 komandasından dəvət gözləyən Vanner  avstriyalıların təklifini qəbul etməyib.

Vannerin Almaniya vətəndaşlığı da var.

Xatırladaq ki, Avstriya yığması martın 24-də Azərbaycan, 27-də isə Estoniya millisini qəbul edəcək. Hər iki oyun Linz şəhərindəki “Raiffeisen Arena”da olacaq.

CAHİD 

Bənzər xəbərlər