featured-image-53949

Azərbaycanın bədii gimnastları San Marino Respublikasının Serravalle şəhərində keçiriləcək “San Marino Cup” yarışında iştirak edəcəklər.

Azərbaycan Gimnastika Federasiyasından Msport.az-a verilən məlumata görə, turnirdə məşqçilər Ukleina Valentina və ⁠Ruslan Eyvazovun rəhbərliyi ilə böyüklərdən İlona Zeynalova, gənclərdən isə Şəms Ağahüseynova çıxış edəcəklər.

Yarışda ölkəmizi hakimlər arasında Aysel Həsənova təmsil edəcək.

“San Marino Cup” yarışı sentyabr 7-8-də baş tutacaq.

Bənzər xəbərlər