featured-image-27860

Ukrayna millisinin keçmiş baş məşqçisi Yozef Sabo ölkənin Gənclər və İdman Nazirliyinin Rusiya və Belarus idmançılarının iştirak etdiyi beynəlxalq yarışlarda Ukraynanın iştirak etməsini qadağa edən fərmanını dəstəkliyib.

Msport.az xəbər verir ki, Sabo öz açıqlamasında bunları deyib:

“Nazirliyinin qərarını tam dəstəkləyirəm. Ümumiyyətlə, UEFA Belarusun iştirakına necə icazə verə bilərdi? Bu bizim yox, onların problemləridir. Belarus və Rusiya bütün yarışlardan diskvalifikasiya olunmalıdır! Belarus AVRO-2024-ün seçmə mərhələsində oynayırsa, onda biz orda iştirak etməməliyik! Lukaşenko Belarusu Rusiyanın ixtiyarına verib. Belarus adlı ölkə yoxdur, Rusiya-2 var. Tezliklə ruslar Belarus vətəndaşlığı alaraq, bu ölkənin adından istədikləri turnirlərdə iştirak edəcəklər. Qoy biz diskvalifikasiya olunaq, amma belaruslarla eyni turnirdə yarışmayacağıq. Hətta övladlarımla nəvələrimə demişəm: “Nə qədər ki, mən sağam, siz ruslarla və belaruslarla ünsiyyət qurmayacaqsınız!”

Avropaya səslənməli və Aİ ölkələrinin dəstəyini almalıyıq. Bizə yalnız Avropa kömək edə bilər! BOK, FİFA və UEFA-ya ümidimiz yoxdur! “Qazprom”un puluna satılanların hamısı bu qurumlarda oturublar”.

Qeyd edək ki, Belarus yığmasına AVRO-2024-ün təsnifat mərhələsində iştirak etmək hüququ verilib, beləliklə, nazirliyin qərarına əsasən, Ukrayna futbol federasiyası Ukrayna yığmasını turnirdən kənarlaşdırmalıdır. Belə bir qərar yığmanın UEFA-dan diskvalifikasiyası ilə nəticələnə bilər.

Royal Türksoy

Bənzər xəbərlər