"Belə oyunlarda stadart vəziyyətlərdən yararlanmaq çox vacibdir"
Azərbaycan Premyer Liqasının 19-cu turunun “Şamaxı” – “Səbail” (2:1) oyunundan sonra meydan sahiblərinin baş məşqçisi Vüqar Əsgərli CBC Sport-a açıqlama verib. Msport.az xəbər verir ki, o, oyunda döyüş yarada bildikləri üçün sevindiyini deyib:
“İş vaxtına baxmayaraq, bizi tək qoymayan azarkeşlərimizə təşəkkür edirəm. Şahin müəllimin fubol fəlsəfəsinə bələd idik və qısa zamanda da olsa, bunu öz komandasına aşılaya bilmişdi. Bilirdik ki, çətin olacaq. Çünki heyətlərində güclü futbolçular var.
Hər iki hissədə eyni futbol oynayırdıq. Ancaq ilk yarıda futbolçularda bir qədər tələskənlik var idi. Fasilədə izh etdik ki, öncədən nəzərdə tutulan gedişləri etmək lazımdır, tələsməyə ehtiyac yoxdur. Səbrli olsalar, qol və ya qollar vura bilərik”.
Əsgərli hər iki qolu stadart vəziyyətdən vurmaları ilə bağlı sualı belə cavablandırıb: “İstədiyimiz oyun ikinci hissədə alındı və kifayət qədər də qol vəziyyətləri yaratdıq. Amma reallaşdıra bilmirdik. Belə oyunlarda stadart vəziyyətlərdən yararlanmaq çox vacibdir. Stadartdan həm qol buraxdıq, həm də vurduq. Belə komandalara qarşı oynamaq çox çətindir. Onlar üçün də 6 xallıq oyun idi. Çox ciddi hazırlaşmışdılar bu görüşə. Amma futbolçularımız əzmkarlıq göstərdi və qələbə qazandıq”.
AYXAN







