featured-image-74896

“Real”ın yarımmüdafiəçisi Cud Bellingem aprelə qədər meydana çıxa bilməyəcək.

Msport.az xəbər verir ki, futbolçu “Rayo Valyekano” ilə matçda bud əzələsindən zədə alıb.

Daha əvvəl onun bir aylıq sıradan çıxacağı bildirilirdi. Zədə gözləniləndən daha ağır ola bilər: ingiltərəli iki aya qədər sıradan çıxa bilər.

Bu mövsüm Bellingem bütün yarışlarda 28 oyun keçirib, altı qol vurub və dörd məhsuldar ötürmə edib. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 160 milyon avrodur.

Bənzər xəbərlər