featured-image-23203

“Real”ın hücumçusu Kərim Benzema Sevgililər günündə 3 xanıma gül göndərib.

Msport.az xəbər verir ki, fransalı futbolçu hazırda görüşdüyü Cordan Ozuna ilə yanaşı, qızının anası ilk həyat yoldaşı Xloya de Loneni və oğlu İbrahimi dünyaya gətirən ikinci xanımı Kora Qotyeni təbrik edib.

Benzemanın indi görüşdüyü Ozuna özündən 3 yaş kiçikdir. O əvvəllər müştərilərə yarı çılpaq şəkildə xidmət göstərən Amerikanın məşhur “Hooters” restoranlar şəbəkəsində işləyib. İndi isə model biznesi ilə məşğuldur.

Kərimin Xloya de Lonedən olan qızı Meliya 2014-cü ilin fevralında Madriddə anadan olub.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər