featured-image-18931

“Real”ın və Fransa millisinin hücumçusu Kərim Benzema dünya çempionatının final oyununun startına iki sutka qalmış qəribə paylaşım edib. Msport.az xəbər verir ki, futbolçu selfi paylaşıb və “mənə maraqlı deyil” yazıb.

Qeyd edək ki, Benzemanın adı hələ də Fransa yığmasının iştirak ərizəsində var. Ancaq o, mundial ərəfəsində zədə aldığı üçün Qətərdə bir oyunda da meydana çıxmayıb.

Mətbuatda forvardın finaldan öncə millinin düşərgəsinə dönəcəyinə dair xəbərlər dərc olunurdu. Bundan başqa, Fransa prezidenti Emanuel Makronun onu final matçına dəvət edəcəyi deyilirdi. “Real” hücumçunun ylğmanın düşərgəsinə qayıtmasına icazə verib. Fransa seçməsinin baş məşqçisi Didye Deşam isə Benzema ilə bağlı sualı cavablandırmaqdan imtina edib.

Bənzər xəbərlər