featured-image-38396

Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu daha bir məşhur futbolçunu heyətinə qatır.

Msport.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat verib.

Onun sözlərinə görə, İngiltərə millisinin sabiq yarımmüdafiəçi Cessi Linqard bu komandada çıxış edəcək. 31 yaşlı oyunçu yanvarda müqavilə imzalayacaq.

Qeyd edək ki, Cessi Linqard 2011 – 2022-ci illərdə “Mançester Yunayted”in uğurları üçün çalışıb. O, bu müddətdə müxtəlif klublara icarəyə də verilib. “Əl-İttihad”da Fransa yığmasının sabiq üzvü Kərim Benzema da çıxış edir.

Bənzər xəbərlər