featured-image-17097

Ukrayna millisinin sabiq üzvü Viktor Leonenko Kiyev “Dinamos”sunun hücumçusu Artyom Besedinin “Qarabağ”a keçəcəyi barədə yayılan xəbərlərə münasibət bildirib.

Msport.az “Террикон”a istinadən xəbər verir ki,  53 yaşlı futbol mütəxəssisinin fikrincə, millinin hazırkı forvardının “Qarabağ”a keçməsi daha məqsədəuyğundur:

“Məndə belə bir hiss var ki, transfer baş tutarsa, həm “Dinamo” azarkeşləri, həm də Besedinin özü buna sevinəcək. Transfer gerçəkləşərsə, buna yalnız sevinərəm. Bəlkə o zaman ona sataşmağı dayandırarlar. Besedinin performansı onun legioner həyatının daha yaxşı alınacağına ümid verir. Ola bilsin ki, Besedin başqa klubda özünü göstərəcək. Bunu çox istəyərdim. Məsələ burasındadır ki, o, hara getsə yaxşıdır, Azərbaycana, yoxsa Türkiyəyə?

Düşünürəm ki, istənilən komandada onun üçün çətin olacaq. Hücumçusunuzsa, sizdən qollar və məhsuldar ötürmələr gözləyirlər. Amma mən onun yerində olsaydım, Azərbaycanı seçərdim. Bakı gözəl şəhərdir, “Qarabağ” da çempionatın lideridir”.

Leonenko 1992-1996-cı illərdə Ukrayna millisində çıxış edib. O, “Dinamo”(Moskva), “Dinamo”(Kiyev), “Zakarpatye” klublarında oynayıb.

Bənzər xəbərlər