featured-image-29653

Beşiktaş”ın futbolçuları “Sabah”la Bakıda keçirəcəkləri xeyriyyə oyunu ilə bağlı çağırış ediblər.

Msport.az xəbər verir ki, klubun paylaşdığı videoçarxda yerli və əcnəbi futbolçularının fikirlərinə yer verilib.

Oyunçular azarkeşləri stadiona səsləyiblər.

Qeyd edək ki, mayın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq “Sabah” – “Beşiktaş” görüşü saat 18:00-da başlayacaq. Qarşılaşmadan əldə ediləcək bütün gəlir Türkiyədə zəlzələdən zərər çəkən insanlara göndəriləcək.

Bənzər xəbərlər