featured-image-40996

Azərbaycan üzgüçüləri Macarıstanın Kapoşvar şəhərində yeniyetmələr arasında keçirilən beynəlxalq turnirdə 4 qızıl, 1 gümüş medal qazanıblar.

Msport.az xəbər verir ki, Süleyman İsmayılzadə iki kateqoriyada fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

O, 1500 metr məsafəyə sərbəst üsulda 721 balla (16:10,99 göstərici), 400 metr məsafəyə sərbəst üsulda isə 695 balla (04:08,42) Azərbaycan yeniyetmələri arasında yeni rekorda imza atıb.

Digər üzgüçü Oqtay Hüseynov 4:49,32 göstərici ilə 400 metr məsafəyə qarışıq üsulda bütün rəqiblərindən üstün olub. O, 400 metr məsafəyə sərbəst üsulda (4:13,92) isə gümüş mükafata yiyələnib.

Azərbaycana daha bir çempionluğu Səid Həmidov qazandırıb. O, 4:19,64 göstərici ilə 400 metr məsafəyə sərbəst üsulda qızıl medal əldə edib.

Turnirdə mübarizə bu gün davam edəcək.

Qeyd edək ki, millinin digər 3 üzvü – Ramil Vəlizadə, Rəşad Alquliyev və Əbdürrəhman Rüstəmov Serbiyanın Niş şəhərində keçirilən gənclər arasında beynəlxalq turnirdə finala yüksəliblər.

Dünya çempionatına və Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda Ramil Vəlizadə ilə Əbdürrəhman Rüstəmov batterflyay üzrə 50 və 200 metr, Rəşad Alquliyev isə arxasıüstə üzmə üzrə 100 metrdə qüvvələrini sınayırlar.

Bənzər xəbərlər