Bilik günündə Formula -1 Bakı Qran-Prisi
Formula-1 üzrə dünya çempionatının yeni mövsümünün təqvimi müəyyənləşib. Msport.az xəbər verir ki, Azərbaycan Qran-Prisi bu dəfə fərqli tarixdə – sentyabrda keçiriləcək.
Bakı Formula-1 yarışlarına 13-15 sentyabr tarixlərində ev sahibliyi edəcək.
Təqvimə 24 mərhələ daxil edilib. Yeni mövsümə martın 2-də Bəhreyn Qran-Prisi ilə start veriləcək.
Qeyd edək ki, sentyabrın 15-də ölkəmizdə hər il Bilik günü kimi qeyd olunur. Orta və Ali məktəblərdə yeni tədris mövsümü başlayır. Yəqin ki, bununla bağlı hər hansı dəyişiklik ediləcək.