"Bilmirəm, Azərbaycanda bu haqda nə düşünürlər" - Murad Musayev
“Sabah”ın baş məşqçisi Murad Musayev Azərbaycan və Rusiya milli komandaları arasında yoldaşlıq oyunu keçirilsə, bunun böyük marağa səbəb olacağınıı deyib.
Msport.az “RB Sport”a istinadən xəbər verir ki, 39 yaşlı mütəxəssis vəziyyətin bir qədər qarışıq olduğunu deyib:
“Vəziyyət çox gərgindir. Rusiya yığması rəsmi oyunlar keçirə bilmir, turnirlərdə iştirakına icazə verilmir. Yalnız yoldaşlıq matçları keçirməyə imkan var və yaxşı ki, komandamız bundan istifadə edir. Yeni futbolçular cəlb olunur və onlar milli səviyyəsində yoxlanılır. Yaxşı ki, iş dayandırılmır. Bu, çox vacibdir. Ümid edirəm ki, tezliklə vəziyyət düzələcək.
Azərbaycan və Rusiya arasında oyun? İstərdim ki, belə bir oyun baş tutsun. Bu maraqlı görüş olardı. Lakin təəssüf ki, federasiya ilə heç bir əlaqələrim yoxdur, ona görə də bilmirəm, Azərbaycanda bu haqda nə düşünürlər. Bakıda yaxşı stadion var və belə oyun böyük maraq doğurardı”.