featured-image-21058

Polşanın “Veçista” (Krakov) klubunun baş məşqçisi Dariuş Marjets “Qarabağ”ın düşərgəsində təcrübədə olub. O, vətəninə yollandıqdan sonra igil.pl saytına müsahibə verib. Msport.az həmin müsahibəni təqdim edir.

  • Noyabrda siz köməkçinizlə bir həftə “Qarabağ”da təcrübədə oldunuz. Ora səfərə çıxmaq ideyası hardan yarandı? 
  • Mən Yanuş Sverdarlla “Stal” komandasında məşqçi işləyərkən Avropa Parlamentinin deputatı Tomaş Porembe ilə ölkə xaricində təcrübə keçməyimizlə bağlı söhbətimiz oldu. “Stal”la yollarımız ayrıldı, lakin Porembe sözünün üstündə durdu və bizə indiyə qədər məşqçilərdən heç birinin getmədiyi yerə təcrübəyə yollanmağımıza kömək etdi. Onlar özləri də buna təəccübləndi, amma bizim üçün bu çox maraqlı səfər idi. Məşqçi kimi biz daim inkişaf etməyə çalışırıq, yeniliklər axtarırıq. “Qarabağ”ın avrokuboklarda “Visla”, “Legiya”, bu yaxınlarda isə “Lex” üzərində 5:1 hesabı ilə qələbə qazanması bizim marağımıza səbəb oldu. Öz özümüzə sual verdik ki, buna necə nail olublar? İndi biz bilirik, necə. Bilirik ki, içəridən bu necə görünür. Bu təcrübədən çox razı qadıq və cənab Tomaşa buna görə təşəkkür edirəm.
  • Polşa və Azərbaycan arasında hansı fərqləri gördünüz? 
  • Fərqlər kifayət qədər çoxdur. Polşa, Bolqarıstan, Portuqaliya və “Qarabağ”da oynamış, sonradan bizim kluba keçən Simeon Slavçev danışırdı ki, çıxış etdiyi komandalar arasında Azərbaycan təmsilçisi daha təşkilatlanmış və yaxşı idi. Biz öz gözümüzlə gördükdən sonra buna əmin olduq.
  • Orada yerli çempionatın oyununa baxdınız? Ekstraklassa ilə müqayisə edə bilərsiz? 
  • Oyun baxımından bir az məyus olduq. Lakin digər tərəfdən səhərdən-axşama kimi personalla bir yerdə olmaq imkanımız var idi. Bütün məşqçi heyəti ilə gün ərzində bu cür təcrübələr nadir hallarda olur. Orada bizə hər şeyin necə işlədiyini, hər kəsin necə çalışdığını göstərirdilər. Bizdən heç nə gizlətmirdilər və gördük ki, bu klub niyə hər il avrokubokların qrupunda oynayır. Orada işləyən məşqçi artıq 14 ildir ki, komandada fəaliyyət göstərir.
  • Azərbaycanda gördüklərinizi “Veçista”da tətbiq edə bilərsinizmi? 
  • Əlbəttə. Biz polşalı məşqçilər heç nədən utanmalı deyilik. Lakin heç də özünəvurğun olmağa gərək yoxdur. Daim inkişaf etmək, işləmək və xarici klublarda təcQQarübədə olmaq lazımdır. Təbii ki, biz gündəlik fəaliyyətimizdə  “Qarabağ”da gördüyümüz bəzi elementləri tətbiq etməyə çalışırıq.

AYXAN 

Bənzər xəbərlər