featured-image-27435

Azərbaycan Premyer Liqasının 29-cu turunda “Şamaxı” səfərdə “Turan Tovuz”la bərabərə qaldı – 1:1. Msport.az xəbər verir ki, oyundan sonra qonaqların baş məşqçisi Vüqar Əsgərli matçı dəyərləndirib:

“Son 4-5 turda hər iki komanda qələbəyə həsrət idi. Oyunun belə mübariz keçcəyi əvvəldən bilinirdi. Bundan sonra bütün oyunlara final kimi çıxacağıq və qələbə qazanmağa çalışacağıq. “Qarabağ”la görüşdən sonra hazırlaşmaq üçün kifayət qədər vaxtımız var idi. Sırf rəqibə görə hazırlaşdıq. Futbolçular plana uyğun bütün işləri yaxşı gördülər və qələbəyə yaxın 1 xal qazandıq”.

39 yaşlı mütəxəssis “Səbail”in dünənki qələbəsindən sonra “Şamaxı”nın sonuncu olmamaq üçün şanslarını dəyərləndirib: “”Biz “Səbail”in oyununa fikir vermirik, sırf öz oyunumuza köklənirik. Həmişəki kimi məşqlərdə əzmkarlıq göstərərək, eyni qaydada hazırlaşıb oyunlara çıxacağıq”.

“Şamaxı”ya qələbə daha çox lazım olsa da, qonaqlar matçın sonlarında ehtiyatlı oynayaraq, çox da irəli getmədilər. Əsgərli buna belə aydınlıq gətirdi:

“Bir xalın əhəmiyyəti bizim üçün çox böyükdür. “Turan Tovuz” zəif komanda deyil. Bu komandaya qol vurmaq çox çətindir. Buraxdığımız qol da standart vəziyyətdən idi. Düşünürəm ki, layiqli nəticə oldu”. (CBC Sport)

AYXAN  

Bənzər xəbərlər