featured-image-17569

“Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Msport.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Bu mərhələdə bir oyundan ibarət olan kubok mübarizəsi həmişə çətin olur. Hər iki komandanın şansları bərabər olur. İki fərqli hissə izlədik. Birinci hissədə biz üstün oynadıq, fasilədən sonra rəqib. Bu, açıq-aşkar görünürdü. İlk yarıda yaratdığımız qol epizodlarından lazımınca istifadə edə bilsəydik, bəlkə də ikinci hissədə bizim üçün daha asan ola bilərdi. Kubokun psixoloji oyun forması var. Bu gün qalib gəldiyimiz üçün çox sevincliyik. “Kəpəz” azarkeşlərini sevindirdiyimiz üçün xoşbəxtik. Mərhələ keçdiyimiz üçün futbolçularıma təşəkkür edirəm. Azarkeşlər də sağ olsunlar, bu ağır dönəmdə bizə dəstək olurlar. Komandamızın sona qədər mübarizə aparması, hesabı qoruması, düzgün oyun quruluşu məni sevindirdi”.

Bənzər xəbərlər