"Biz Azərlə həm dost, həm də kirvəyik, niyə dalaşaq ki?!" - Xaliq Mərdanov
“Kəpəz”in məşqçisi Xaliq Mərdanov yeni çalışdırıcı Azər Məmmədovla mübahisə etdiyi üçün vəzifəsindən ayrılması ilə bağlı xəbərlərə münasibət bildirib.
Mütəxəssis Msport.az saytına açıqlamasında yayılan iddiaları təkzib edib:
“Allaha inanırsınız? And olsun Allaha ki, bu, doğru məlumat deyil. Bu cür xəbərlərin niyə və haradan çıxdığını başa düşmürəm. Biz Azərlə illərin dostuyuq, həm də kirvəyik. Niyə dalaşaq ki? Nəinki dava etmək, adi mübahisəmiz belə olmayıb”.
Amma Mərdanov yenidən əvəzedici komandanın sükanı arxasına qayıtdığını gizlətməyib. Məşqçi bunun səbəbini isə belə izah edib: “Orada istedadlı yerli uşaqlar var. Həmin gənclərin itib-batmaması üçün belə qərara gəldik ki, mən həm əvəzedici, həm də əsas komandada çalışım”.







