featured-image-8273

“Qəbələ”nin UEFA Konfrans Liqasındakı rəqibi “Fehervar”ın futbolçusu Peter Pokornı qarşıdakı oyunlar haqqında danışıb.

Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, slovakiyalı yarımmüdafiəçi  avrokuboklarda asan rəqiblərin olmadığını deyib:

“Avrokubok marçlarında asan rəqiblər gözləmək olmaz. Ona görə də “Qəbələ” ilə oyunların da çətin keçəcəyini gözləyirəm. Lakin biz mütləq növbəti mərhələyə yüksəlməliyik. Biz çempionatda mövsümü ilk “üçlük”də tamamlamaq, ölkə kubokunda bacardığımız qədər irəliləmək istəyirik. UEFA Konfrans Liqasında isə hədəfimiz qrupa düşməkdir. Gənc futbolçu kimi məqsədim meydanda daha çox oynamaq və daim inkişaf edərək komandaya kömək etməkdir”.

Xatırladaq ki, “Qəbələ” ilə “Fehervar” arasında ilk oyun iyulun 21-də Macarıstanda olacaq.

Bənzər xəbərlər