featured-image-84766

“Arsenal” üç aparıcı üzvü Martin Edeqor, Yurrien Timber və Deklan Raysla yeni müqavilə danışıqlarında ciddi irəliləyiş əldə edib.

Msport.az xəbər verir ki, London təmsilçisinin rəhbərliyi hər üç futbolçu ilə yanvar ayına qədər rəsmi razılığa gələcəyinə çox inanır.

Hazırda hər üç oyunçunun klubla mövcud sözləşməsi 2028-ci ilin yayına qədər qüvvədədir.

“Topçular” komandanın əsas sütunlarını uzunmüddətli müqavilələrlə komandaya bağlayaraq gələcək planlarını sığortalamaqda qərarlıdır.

Bənzər xəbərlər