“Liverpul” Alossona əvəzləyici tapdı
“Liverpul” “Brayton”un qapıçısı Bart Verbruqqeni transfer etmək niyyətindədir.
Msport.az xəbər verir ki, “qırmızılar” 24 yaşlı niderlandlını Alisson Bekkerin uzunmüddətli əvəzləyicisi kimi nəzərdən keçirir.
Qolkiperlə “Real” da ciddi maraqlanır. “Çelsi” və “Mançester Yunayted” isə Verbruqqenin çıxışını izləməyə davam edir. “Brayton” rəhbərliyinin yanvar transfer pəncərəsində gələcək təklifləri dəyərləndirməsi real görünmür.
İngiltərə təmsilçisinin Verbruqqenin 2027-ci ilin yayında komandadan ayrılması halında onun üçün kifayət qədər yüksək transfer məbləği tələb edəcəyi bildirilir.







