featured-image-24384

“Sabah” Azərbaycan Premyer Liqasının 25-ci turunda “Kəpəz” üzərində 2:0 hesabı ilə qələbə qazandı. Msport.az xəbər verir ki, meydan sahiblərinin məşqçisi Artur Olenin CBC Sport-un efirində oyunu dəyərləndirib:

“Biz qələbəyə layiq idik. Bu gün komandamız üstünlüyə malik idi, topa nəzarət edirdik. Reallaşdıra bilmədiyimiz bir neçə təhlükəli epizodlar da oldu. Azarkeşləri qələbə münasibəti ilə təbrik edirəm”.

Rusiyalı mütəxəssis uzun müddətdən sonra heyətə qayıdan Zurab Oçiqavanın oyununu qənaətbəxş adlandırıb: “Uzun fasilədən sonra birinci dəfə üçün Zurab kifayət qədər yaxşı təsir bağışladı. Onun oyun keyfiyyəti normal idi”.

“Sabah” gələn tur “Sumqayıt”ı qəbul edəcək və komandanın iki aparıcı futbolçusu Aleksey İsayevlə Anatoli Nuriyev cəzalı olduqları üçün komandaya kömək edə bilməyəcəklər: “Bizim heyətdə başqa oyunçular da var və onlar İsayevlə Nuriyevi tam şəkildə əvəz edə bilərlər”.

AYXAN  

 

Bənzər xəbərlər