"Biz sabah qələbə qazanmalıyıq" - Kilian Mbappe
“Diqqətimizi İslandiyaya yönəltməzdən əvvəl Azərbaycanla oyuna ciddi yanaşmalıyıq. Hər matçın öz reallığı var və biz sabah qələbə qazanmalıyıq”.
Msport.az xəbər verir ki, bu sözləri Fransa millisinin futbolçusu Kilian Mbappe DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisinə qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.
27 yaşlı ulduz futbolçu yığmamızın seçmə mərhələnin son turunda Bakıda Ukrayna ilə heç-heçə etməsini xüsusi vurğulayıb: “Bu qarşılaşma İslandiya ilə görüşdən az önəmli deyil. Məqsəd dünya çempionatına vəsiqə qazanmaqdır. Vəsiqə təmin olunana qədər mübarizə aparmalıyıq”.
Meydana çıxmağa hazır olduğunu söyləyən forvard istənilən komandaya qol bura biləcəyini ifadə edib: “Mən sabah oynamaq istəyirəm, baş məşqçi də buna qarşı deyil. Ciddi problemlərin olacağını düşünmürəm, özümü yaxşı hiss edirəm. Bu gün məşq edəcəyəm, bu oyunöncəsi son hazırlıq olacaq. Xüsusi narahatlığım yoxdur”.
Biz