featured-image-33182

“Neftçi”nin yarımmüdafiəçisi Rəhman Hacısyev yeni mövsümə hazırlıqdan və Sankt-Peterburqda keçirilən “Parı Premyer” turnirindəki çıxışlarından danışıb.

Msport.az xəbər verir ki, 29 yaşlı klubun rəsmi televiziyasına açıqlama verib:

“Yavaş-yavaş forma yığırıq. Hələ tam hazır deyilik. Bir az vaxt lazımdır. Bu turnir vacib olsa da, qarşıda UEFA Konfrans Liqası bizim üçün daha önəmlidir. Bizə dedilər ki, tezliklə yeni baş məşqçi də gələcək. Hələ ki vaxt var, o zamana qədər hazır olacağıq.

Emil Balayevin zədəsi bizi məyus etdi. Komandaya böyük ümidlərlə yeni gəlmişdi. Bilirik ki, onun necə xarakteri var. Aqil Məmmədov zədədən sonra sıraya qayıtdı, bu bizi sevindirməyə bilməz.

“Zenit”lə oyunda birinci hissədə pis təsir bağışlamadıq, lakin fasilədən sonra gücümüz çatmadı. Həmin anda bu normal idi. Həm də hamı bilir ki, “Zenit” necə güclü komandadır. “Srvena Zvezda”dan 0:4 hesablı məğlubiyyət, əlbəttə ki, yaxşı nəticə deyil. Qarşıda bizi hələ “Fənərbaxça” ilə oyun gözləyir. İnanıram ki, bu matça tam fərqli əhval-ruhiyyədə çıxacağıq”.

 

Bənzər xəbərlər