featured-image-29277

“Sabah” Azərbaycan Premyer Liqasının 33-cü turunda səfərdə “Kəpəz”i 3:0 hesabı ilə məğlub edib.

Msport.az xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında paytaxt təmsilçisinin məşqçisi Artur Olenin jurnalistlərin suallarını cavablandırıb:

– Bu gün hər iki komanda yaxşı oyun nümayiş etdirdi. “Kəpəz” yaxşı komandadır. Amma biz onlara imkan vermədik ki, müsbət nəticə əldə etsinlər. Futbolçuların oyununa “əhsən” deyirik. Onlardan məmnunuq. İkinci yeri təmin etməyimizə baxmayaraq yaxşı motivasiya ilə oynadılar.

– 2:0-dan sonra komanda bir az arxayınlaşdı. Bununla razısız?

– Sizinlə razı deyiləm. Düzdür, oyun üstünlüyünü əldən vermişdik. Amma dəyişikliklər etdikdən sonra üstünlük bizim tərəfimizə keçdi. Meydana daxil olan futbolçular yaxşı çıxış etdilər.

– “Qarabağ” – “Qəbələ” matçı sizin üçün nə dərəcədə önəmlidir?

– Bizim üçün daha çox öz oyunlarımız önəmlidir. Rəqiblərin necə çıxış edəcəyi bizi narahat etmir.

– Bu gün qapıda Nicat Mehbalıyevə şans verdiniz. Qapıçı dəyişikliyinin səbəbi nə idi?

– İmkan olduqca bütün oyunçulara şans veririk.

– Onun oyununu necə dəyərləndirirsiz?

– Onun oyunundan məmnunuq. Çox inamlı çıxış etdi. Matç ərzində 2-3 dəfə seyvləri oldu.

– İndiki dönəmdə “Beşiktaş”la yoldaşlıq oyunu keçirmək planlarınıza nə dərəcədə uyğun gəlir?

– Bizi “Beşiktaş”ın özü motivasiya edir. Çempionat sona yaxınlaşır. Çalışacağıq ki, bu matçda ən yaxşısını edək. (Sportal)

Bənzər xəbərlər