featured-image-29852

“Şamaxı” Azərbaycan Premyer Liqasının 34-cü turunda səfərdə “Neftçi” ilə bərabərə qalıb – 1:1. Msport.az xəbər verir ki, qonaqların baş məşqçisi Vüqar Əsgərin oyunla bağlı fikirləri belə olub:

“Neftçi” son 2 turda qələbə qazana bilmirdi. Azarkeşlərinin inamını qaytarmaq üçün bu oyuna ciddi hazırlaşdıqlarını bilirdik. Uşaqlar da bilirdi ki, bizi çətin oyun gözləyir. Biz də mübarizə aparıb xal qazanmaq istəyirdik. Futbolçularımız bu gün möhtəşəm oyun göstərdilər. “Neftçi”yə son 3 oyunda uduzmuşduq, həm də heç qol da vura bilməmişdik. Əslində meydana qələbə üçün çıxmışdıq ki, aşağı pillədən uzaqlaşaq. Bizim üçün qələbəyə bərabər heç-heçə idi. Ona görə futbolçularımıza təşəkkür edirəm”.

“Şamaxı”nın çalışdırıcısı elitada qalmaq şanslarını belə qiymətləndirib: “Bu oyun ümid verir ki, qarşıdakı son 2 matçı toparlanıb daha yaxşı çıxış edək və xal qazanıb Premyer Liqada qalaq”. (CBC Sport)

AYXAN 

Bənzər xəbərlər