featured-image-2228

Boks üzrə milli komandamız Ermənistanın paytaxtı İrəvanda təşkil olunacaq Avropa çempionatında iştirak etməyəcək.

Msport.az xəbər verir ki, bu barədə qərar qurumun İdarə Heyətinin iclasında qəbul olunub.

Müzakirələr nəticəsində Beynəlxalq Boks Assosiasiyasında mayda keçiriləcək seçkilər, idmançıların dünya çempionatı üçün təlim-məşq toplanışları və hazırlıq proqramları, habelə digər həssas məqamlar nəzərə alınaraq mayın 21-də start götürəcək Avropa çempionatında iştirak etməməyə qərar verilib. Yarışa mayın 31-də yekun vurulacaq.

 

Bənzər xəbərlər