featured-image-29483

Qarabağ”ın futbolçusu Riçard Almeyda Azərbaycan çempionatında 250-ci oyununu keçirib.

Msport.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçinin yubileyi matçı “Qəbələ” ilə oyuna (3:0) təsadüf edib.

Braziliyalı oyunçu 86-cı dəqiqəsində meydana daxil olub.

Azərbaycan millisinin üzvü Premyer Liqada 2012/2013 mövsümündə debüt edib. Ölkə çempionatının 11 mövsümündə iştirak edən yarımmüdafiəçi 250 matçda 46 qola imza atıb.

O, bu müddətdə iki klubun formasını geyinib. Almeyda “Qarabağ”da 230, “Zirə”də 20 dəfə şans qazanıb. Orta sahə oyunçusu bütün qollarını Ağdam klubunun heyətində vurub.

Bənzər xəbərlər