Braziliyalı futbolçunun 4 yaşlı oğlu vəfat etdi
“Antalyaspor”un futbolçusu Naldonun oğlu Devi vəfat edib.
Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ötən ay ailə üzvləri ilə birlikdə keçirdiyi qəzadan sonra komaya düşən 4 yaşlı uşağın həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, braziliyalı müdafiəçi bu ilin avqustundan “Antalyaspor”da çıxış edir.