featured-image-32150

“Qəbələ”dən ayrılan Felipe Santosun yeni komandası bəlli olub.

Msport.az xəbər verir ki, braziliyalı hücumçu karyerasını İsrailin “Hapoel” (Hayfa) klubunda davam etdirəcək.

26 yaşlı forvard artıq Hayfa təmsilçisi ilə rəsmi müqavilə imzalayıb.

Santos keçidi ilə bağlı bunları yazıb: “Bu gün həyatımda başqa mərhələ başlayır. Bu böyük komandada oynayacağım üçün Tanrıya minnətdaram. Şübhəsiz ki, çətin, amma böyük uğurlarla dolu bir mövsüm olacaq. “Hapoel” (Hayfa) məni gözlə, tezliklə birlikdə olacağıq”.

Qeyd edək ki, Santos “Qəbələ”dən maliyyə məsələlərinə görə ayrılıb.

Bənzər xəbərlər