featured-image-21388

“Kəpəz”də ilk matçımı keçirdim. Bunu edə bildiyim üçün çox şadam”.

Bunu Msport.az saytına açıqlamasında “Kəpəz”in yeni transferi Martins Junior deyib.

Gəncə təmsilçisindəki debüt oyununda qol hesabını açan braziliyalı hücumameylli yarımmüdafiəçi özünü xoşbəxt hiss etdiyini bildirib:

“Kəpəz”də ilk qolumu vurduğum üçün sevincliyəm. Bu günü həqiqətən səbirsizliklə gözləyirdim”.

24 yaşlı vinger “Kəpəz”ə keçənədək klub və Azərbaycan futbolu haqqında məlumatlı olduğunu söyləyib: “Bilirdim ki, ölkənin ən köklü komandalarından biridir. Burada insanlar futbolu çox sevirlər. “Neftçi” və “Qarabağ” kimi klubları da tanıyırdım. İnternet vasitəsilə onları izləyirdim”.

O, Azərbaycanın futbol oynamaq üçün münasib ölkə olduğunu vurğulayıb: “Futbolun səviyyəsi çox yaxşıdır. Möhtəşəm komandalar, eyni zamanda, çox çətin çempionat var”.

Junior “Kəpəz”ə keçidinin necə gerçəkləşdiyini də açıqlayıb: “Burada Kamran Şahverdi adlı iş adamı var (“Kəpəz”in prezidenti İlqar Nadirinin dostu – red.). Özümü ona təqdim etdim və beləcə “Kəpəz”lə müqavilə imzaladım. Böyük tarixi olan kluba gəlmişəm. Məqsədim yaxşı işlər görüb komandanın mövsümü yaxşı yerdə başa vurmasına kömək etməkdir. Burada daha bir neçə il oynamaq istəyirəm. Kim bilir, bəlkə də gələcəkdə daha güclü liqalara gedərəm”.

Qeyd edək ki, Martins Junior “Kəpəz”lə 2 illik müqavilə imzalayıb.

CAHİD 

Bənzər xəbərlər