featured-image-31123

“Neftçi” qapıçısı İvan Brkiçlə müqavilənin müddətini uzatdığını açıqlayıb.

Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı qolkiperlə iki illik sözləşmə imzalanıb.

Qeyd edək ki, 2022-ci ilin yanvarında “ağ-qaralar”a keçən xorvatiyalı futbolçu bu müddətdə Premyer Liqada 37, ölkə kubokunda 9, avrokuboklarda isə 4 oyunda meydanda olub.

Bənzər xəbərlər