featured-image-28785
“Neftçi”nin qapıçısı İvan Brkiç klubu ilə yeni müqavilə imzalamağa yaxındı. Msport.az xəbər verir ki, bu barədə Xorvatiya mətbuatı məlumat yayıb.
Bildirilib ki, 28 yaşlı qolkiper bir neçə xarici klubun diqqət mərkəzindədi. Hətta meneceri ilə əlaqə saxlayanlar da var. Ancaq o, Bakıda xoşbəxtdi və klubunu dəyişmək fikrində deyil. “Ağ-qaralar”ın rəhbərliyi də əsas qolkiperindən razıdı, onunla yeni sazişə hazırlaşır.
İndi vəziyyəti yalnız Brkiçin Türkiyəyə köçməsi dəyişə bilər. Xorvatların iddiasına görə, “Trabzonspor”a yenicə baş məşqçi təyin olunan Nenad Byelka həmyerlisini də yanına apara bilər.
Qeyd edək ki, ötən ilin yayından “Neftçi”nin şərəfini qoruyan İvan Brkiçin müqaviləsi mövsümün sonuna qədərdi.

Bənzər xəbərlər