featured-image-16243

“Frayburq” Almaniya çempionatında da yaxşı çıxış edir. Açığı, onlardan bu qədərini gözləmirdim”.

Bunu Msport.az saytına müsahibəsində “Kəpəz”in futbolçusu Rauf Əliyev “Qarabağ”ın Bakıda Almaniya “Frayburq”una qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin sonuncu – VI tur oyunu barədə danışarkən deyib.

33 yaşlı hücumçu Ağdam klubunu lazımi nəticəni qazanıb qrupdan çıxacağına inandığını bildirib:

“Rəqib 1-ci yeri təmin etdiyi üçün matça ehtiyat qüvvə ilə çıxa bilər. Çünki Bundesliqaya daha çox önəm verirlər. Bu, amil komandamızın işinə yaraya bilər. Təki, elə olsun. Amma futbolda istənilən nəticənin qeydə alınması mümkündür. Necə ki, bunu ötən tur gördük. Hamımız “Qarabağ”ın heç-heçə ilə pley-offa adlayacağını gözləyirdik. Amma “Nant” son dəqiqə qolu ilə qələbə qazandı. Düşünürəm ki, “Qarabağ” intiriqanı son tura saxladı. Bütün Azərbaycanın gözü onlardadır. İnşallah, xalqımızı qələbə ilə sevindirərlər”.

Təcrübəli forvard Şahruddin Məhəmmədəliyevin həlledici matçlardakı səhvlərinə də toxunub:

“Futbol səhvlər oyunudur və hər komanda qolu bundan sonra vurur. Düzdür, Şahruddin vacib oyunlarda belə səhvlər etdi. Ama komandanın bu yerə çatmağında böyük rolu olub. “Fənərbağça”da Altay Bayındırı qeyd edərdim. Etdiyi səhvdən sonra baş məşqçinin dəstəyi ilə bütün azarkeşlər onu alqışladı. Bugün futbolçuya ancaq dəstək olmaq lazımdır. Heç kim bilərəkdən səhv etmir. Əminəm ki, Məhəmmədəliyev də növbəti mərhələyə vəsiqənin daha tez təmin olunmasını istəyərdi. Milli komandanın da əsas qapıçısıdır. Hər zaman onun arxasında durmalıyıq. “Qarabağ” qrupdan çıxandan sonra bu səhvlər o qədər də yada düşməyəcək”.

 

Bənzər xəbərlər