featured-image-29320

Avropa Kanoe Assosiasiyasının (ECA) prezidenti Jan Zunqrana Suqovuşan və Mingəçevirdə keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən “Prezident Kuboku-2023” beynəlxalq reqatası haqda fikirlərini bildirdi.

Msport.az xəbər verir ki, beynəlxalq qurumun rəhbəri turnirin təşkilatçılığından razılıqla danışıb:

“Yarış çox yaxşı təşkil olunub. Bu, Avropada avarçəkmənin inkişafına böyük töhfə verə bilər.

Federasiyaya təyinatım yenidir və ilk səfərim Azərbaycana oldu. Buna görə də yarışı izləmək mənim üçün vacib idi. Dəvətə görə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasına təşəkkür edirəm. Bilirsiniz ki, mən Fransa Kanoe Federasiyasının da prezidentiyəm. Fransa Azərbaycanın üzvlüyünü tanıyan ilk ölkədir. Dövlətlərimiz, xalqlarımız arasında sıx və geniş əlaqələr mövcuddur”.

Mayın 4-dən start götürən “Prezident Kuboku-2023” beynəlxalq reqatasının bu gün son mərhələsi baş tutacaq.

Bənzər xəbərlər