featured-image-16903

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 14-cü turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Msport.az xəbər verir ki, Ağdam təmsilçisinin çalışdırıcısı 0:0 hesabıyla bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Çox dinamik və baxımlı oyun oldu. Sadəcə, qol çatmadı. Bu da olsaydı, daha maraqlı alınardı. Hər iki komandanın çıxışından çox razı qaldım. Bu cür matçlar inkişaf üçün təkandır. Futbolçularım xarakter göstərdilər, sonadək mübarizə apardılar. İl boyu eyni tempdə oynamaq mümkün deyil. Qarşımızda bacarıqlı komanda var idi. İlk dəqiqələrdə rəqibin istəyi daha çox idi. Hücuma tez çıxırdılar. Bəlkə də buna görə topa nəzarət edə bilmirdik. Bu cür matçlara hazır olmalıyıq”.

Baş məşqçi statistikalarla maraqlanmağı xoşlamasa da, buna məcbur qaldığını söyləyib: “Komandanı hər oyuna yaxşı hazırlamaq baxımından önəmlidir. Uğurlu seriya ola bilər. Çempionluq istəyiriksə, bütün matçlarda qələbə qazanmağa çalışmalıyıq”.

Qurbanov noyabrın 20-də Qətərdə start götürəcək dünya çempionatına da toxunub: “Komandalarla maraqlanmamışam. İspan futboluna azarkeşlik edirəm. Onların çıxışını izləyəcəyəm. Amma favoriti açıqlaya bilməyəcəyəm”.

Bənzər xəbərlər