featured-image-17330

Bu gün futbol üzrə dünya çempionatı start götürüb. Msport.az xəbər verir ki, Qətərdə keçirilən mundialın açılış oyununda ev sahibi komanda ilə Ekvador yığması üz-üzə gəlib.

A qrupu çərçivəsində keçirilən və 60 minlik azarkeş tutumuna malik “El-Bayt” stadionunda baş tutan matçı italiyalı Daniele Orsato idarə edib. Oyundan əvvəl mundialın açılış mərasimi keçirilib. Qarşılaşma isə Ekvador yığmasının ianmlı qələbəsiylə yekunlaşıb. DÇ-2022-nin ilk qoluna imza atan Türkiyənin “Fənərbaxça” klubuna məxsus Enner Valensiya, həm də dublunu rəsmiləşdirib.

Qətər mundiala ev sahibliyi edən 18-ci ölkə kimi tarixə düşüb. DÇ-2022 32 komandanın iştirakı ilə baş tutan sonuncu dünya çempionatı olacaq. 2026-cı ildə ABŞ, Meksika və Kanadanın birgə təşkil edəcəyi çempionatda 48 milli komanda mübarizə aparacaq.

2018-ci ildə keçirilən sonuncu dünya çempionatının qalibi Fransa yığması olmuşdu.

DÇ-2022-nin qalibi 40 milyon dollar qazanacaq. İkinci yeri tutan milli komanda 30 milyon, üçüncü yerin sahibi 27 milyon dollar əldə edəcək.

DÇ-2022
A qrupu

20 noyabr

Qətər – Ekvador 0:2
Qol: E.Valensiya, 16-pen; 31.
Baş hakim: Daniele Orsato (İtaliya)
“El-Bayt” stadionu.

Bənzər xəbərlər