featured-image-26518

Azərbaycan millisi Avro-2024-ün seçmə mərhələsinə iki məğlubiyyətlə başladı. Canni De Byazinin rəhbərlik etdiyi komanda əvvəlcə Avstriyaya 1:4, daha sonra isə İsveçə 0:5 hesabı ilə uduzdu. Stokholmdakı oyundan sonra italiyalı mütəxəssisin “əla oyun göstərdik” deməsi heç də birmənalı qarşılanmayıb.

“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Msport.az-a açıqlamasında De Byazinin son açıqamasına münasibət bildirib:

“Açığı, De Byazinin bu fikri mənə də maraqlı gəldi. Bu ifadəni hansı mənada işlətməsindən tam əmin deyiləm. Bəlkə hesab 0:2 olanadək yaxşı oynadıqlarını demək istəyib. Dəqiq bilmirəm. Hər ikisi üzücü məğlubiyyətdir. Rəqiblər də asan komandalar deyildi. Oturuşmuş heyətə malikdirlər, öz oyun üslublarından əl çəkmirlər. Təəssüf ki, bizdə çatışmayan cəhətlərdən biri məhz budur. Bu qədər vaxt ərzində sistem qura bilmədik. Hamı kimi mən də məyus oluram”.

CAHİD

Bənzər xəbərlər