featured-image-16490

“Sabah”ın baş məşqçisi Murad Musayev Premyer Liqanın 13-cü turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.

Msport.az xəbər verir ki, o, 2:0 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

– Bizim üçün çətin qələbə oldu. Heyətdə çox dəyişikliklər var idi. Olmayan futbolçularımızı əvəz edənlər yaxşı performans göstərdilər. Qələbələr bizi rahatlaşdırmadı. Bu qələbənin mənim üçün böyük əhəmiyyəti var.

– “Neftçi” dünən iki vacib xal itirdi. Necə fikirləşirsiz, çempionluq yarışında iki komanda qaldı?
– Hələ çox az tur oynanılıb. Gfutbolda hər şey dəyişə bilər. Çempionluq yarışı barədə yox, qarşıdan gələn matçlar barədə fikirləşirik.

– Ötən mövsüm bu meydanın durumundan narazılıqlar var idi. Örtük dəyişdirilib, ancaq yenə də ilk hissədə oyunçularınızın çətinlik çəkdiyi görülürdü…
– Köhnə qazonla müqayisədə, təbii ki, daha yaxşıdır. Amma ilk 20 dəqiqədə meydana adaptasiya olmağa çalışdıq. Təbii örtüyə uyğunlaşmışıq. Azərbaycan cənub ölkəsidir. İstərdik ki, bütün meydanlar təbii örtüklü olsun. Ancaq bu, hər klubun imkanlarından asılıdır.

– Qarşıdan “Qarabağ”la oyun gəlir…
– “Qarabağ” Avropa səviyyəsində komandadır. Onlarla matç böyük oyun olacaq. Belə matçlar üçün hazırlaşırıq. Özümüzə inanmalıyıq.

– Boyan Letiç azərbaycanlı gənc futbolçulara əsəbiləşirdi. Ona meydanda xüsusi imtiyaz vermisiz?
– Mən azərbaycanlı və digər futbolçuları ayırmazdım. Oyun ərzində emosiyalar olur. Matçdan sonra hamısı bir-birinin əlini sıxıb qələbəyə sevinirlər.

– “Qarabağ”la matçı klubunuzun rəhbərliyi izləyirdi. Onlarla bu barədə söhbətiniz olub?
– Xeyr. Bu barədə danışmamışıq.

– “Sabah”ın bir neçə aparıcı yerli futbolçusunun “Qarabağ”ıən maraq dairəsində olduğu barədə xəbərlər var. Bu, sizi qayğılandırmır?
– Məncə, hamısı şayiələrdir. Təklif gəlsə, rəhbərlik bizə bildirərdi. Belə şayiələri müzakirə etmək lazım deyil.

Bənzər xəbərlər