featured-image-18724

“Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli Premyer Liqanın XVII turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Msport.az xəbər verir ki, o, qolsuz bitən matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Bu gün bir xal qazandıq, komandamı təbrik etmək olar. “Zirə” topla möhtəşəm oynayan kollektivdir. Futbolçularım çətin matçda xal qazandılar. Heyətimiz yerli oyunçulardan qurulmasına baxmayaraq, rəqiblərlə çəkinmədən mübarizə aparırıq. “Zirə”dən bir xal almağımız hər şey demək deyil. Amma sevindirici odur ki, heyəti əcnəbilərlə zəngin olan klublarla bizi eyni tuturlar. Belə görüşlərin sayı çox olsa, futbolçular daha yaxşı inkişaf edərlər”.

Əsgərli çempionatın son 5 turunda məğlub olmamalarına da münasibət bildirib: “Gənc, təcrübəsiz heyətimiz var. Mövsümün əvvəlindəki zəif nəticələr bu mənada başadüşülən olmalıdır. Oyundan-oyuna komandamızın təcrübəsi artır. İnanıram ki, bundan da yaxşı nəticələrimiz olacaq. Çünki çox perspektivli futbolçularımız var”.

Bənzər xəbərlər