featured-image-29631

Hazırda “Xan Xoa” klubunda çıxış edən “Neftçi”nin sabiq futbolçusu Jairo Rodriges Vyetnamdakı həyat tərzindən danışıb.

Msport.az xəbər verir ki, braziliyalı müdafiəçi “terra.com.br” saytına açıqlamasında yerli sakinlərin qeyri-adi heyvanlarla qidalandığını bildirib:

“Buradakı yeməklər Braziliyadan çox da fərqli deyil. Onlar çoxlu düyü, ət və tərəvəz istifadə edirlər. Amma it, pişik və siçan kimi bizim üçün normal olmayan heyvanların ətini yeyirlər. Amma mən bu cür qidaları yemirəm. Ümumiyyətlə, həyat yoldaşımla bazarda demək olar ki, hər şeyi tapırıq. Çalışırıq ki, evdə normal qidalanaq”.

Qeyd edək ki, Jairo Rodriges “Neftçi”də 2015-2017-ci illərdə çıxış edib.

Bənzər xəbərlər