featured-image-17917

Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu bu gün Çağırış Kubokunda növbəti oyununu keçirəcək.

Msport.az xəbər verir ki, komanda 1/32 final mərhələsinin cavab oyununda Slovakiya təmsilçisi “Slaviya” ilə qarşılaşacaq.

Dərnəgül Voleybol Mərkəzindəki qarşılaşmaya saat 18:00-da start veriləcək.

Xatırladaq ki, “Azərreyl” ilk görüşdə bu rəqibinə 3:1 hesabı ilə qalib gəlib.

Bənzər xəbərlər